Beş ayda 112 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
1 min read

Beş ayda 112 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Yanvar-may aylarında qanunsuz dövriyyədən çıxarılan 4 ton 263 kiloqram 169.4 qram narkotik vasitə və psixotrop maddələrin ümumi dəyəri 111 milyon 793 min manat olaraq qiymətləndirilib.

Canlixeber.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında qeyd olunub.

Məlumata əsasən, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitə və psixotrop maddələrin 3 ton 664 kq 289.559 qramını marixuana, 212 kq 587.146 qramını heroin, 88 kq 128.798 qramını tiryək, 214 kq 243.147 qramını həşiş, 7 kq 937.74 qramını digər narkotik vasitələr, 76 kq 346.71 qramını isə psixotrop maddələr təşkil edib.