Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var
1 min read

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Bakının Qaradağ rayonu ərazisində güclü toz dumanı müşahidə olunur.

Canlixeber.com xəbər verir ki, əsasən, Qobustan qəsəbəsindən paytaxt istiqamətində tozlu külək səbəbindən yollarda görünüş məsafəsi azalıb.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti iyulun 27-si və 28-də ölkə ərazisində güclü külək əsəcəyini proqnozlaşdırmışdı.