Bakıda mənzildən meyit tapıldı
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.
Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Həyata keçirilən tədbirlər nəticəsində 4 nəfər uşaq xilas edilib, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
