Bakıda küçədə arvadını güllələyərək öldürən şəxs hakim qarşısına çıxarıldı
1 min read

Bakıda küçədə arvadını güllələyərək öldürən şəxs hakim qarşısına çıxarıldı

Bakıda həyat yoldaşını güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Zaur Qəhrəmanovun cinayət işinin məhkəməsi başlayıb.

Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əskərova-Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Zaur Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Cinayət işinin məhkəmə baxışı noyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2026-cı ilin iyulun 2-də Nəsimi rayonunun Mircəlal Paşayev küçəsi, 2 ünvanında baş verib.

Belə ki, 44 yaşlı Amalya Qəhrəmanova həmin küçədə fəaliyyət göstərən apteklərdən birində əczaçı işləyirmiş.

Məlumata görə, qadının keçmiş həyat yoldaşı Zaur Qəhrəmanov silahla aptekin qarşısına gələrək onu öldürmək istəyib. Qadın aptekdən küçəyə qaçıb və ərazidən uzaqlaşmaq istəyib. Həmin vaxt Z.Qəhrəmanov onu küçədə yaxalayıb və atəş açaraq onu qətlə yetirib.

Qeyd edək ki, Zaurla Amalya bir neçə ay əvvəl rəsmi boşanmışdılar.