Bakıda dörd yaşlı qız faciəli şəkildə öldü
1 min read

Bakıda dörd yaşlı qız faciəli şəkildə öldü

Bakıda dörd yaşlı qız faciəli şəkildə ölüb.

Canlixeber.com xəbər verir ki, hadisə iyunun 27-si saat 11 radələrində paytaxtın Xətai rayonu, C.Həsənov küçəsindəki evlərin birində baş verib. Həmin ünvanda yaşayan 2022-ci il təvəllüdlü M.Hümbətova 15 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.

Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.