Bakıda cüdo üzrə dünya çempionatı: Zelim Kotsoyev mübarizəyə başlayır
1 min read

Bakıda cüdo üzrə dünya çempionatı: Zelim Kotsoyev mübarizəyə başlayır

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycan millisinin üzvü Zelim Kotsoyev tatamiyə çıxacaq.

Canlixeber.com xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu olan Kotsoyev kişilərin -100 kq çəki dərəcəsində mübarizə aparacaq.

Cüdoçumuz yarışa 1/32 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Türkmənistan təmsilçisi Baymırat Majanov olacaq.