Bakıda binalardan elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
1 min read

Bakıda binalardan elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Bakının Yasamal rayonu ərazisində yerləşən bir neçə binadan elektrik naqilləri oğurlanıb.

Canlixeber.com xəbər verir ki, bu barədəDaxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı N.Bayramov və 35 yaşlı R.Xancanov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı bu şəxslərin taladıqları elektrik naqillərini əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.