Bakıda ana övladını illərlə zəncirləyib? – Açıqlama
1 min read

Bakıda ana övladını illərlə zəncirləyib? – Açıqlama

Narkotik aludəçisi olan anası tərəfindən şiddətə məruz qaldığı deyilən uşaq xəstəxanaya yerləşdirilib.

Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İddia edilir ki, yeniyetmə illərdir anası tərəfindən zəncirlənmiş şəraitdə yaşayıb, təhsildən yayındırılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, qeyd olunan məsələ ilə bağlı ərazi polis idarəsində araşdırma aparılır.

O, ilkin tibbi müayinədən keçirilməsi və sığınacaqla təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.

Həmçinin ananın narkoloji və psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparılacaq.