Bakıda ağır qəza: Ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, 1989-cu il təvəllüdlü Vasif Əli oğlu Aslanov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçməyə çalışan Samir Əliməmməd oğlu Rzayevi vurub.
Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
