Bəzi ərazilərdə qaz kəsiləcək
1 min read

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq.

Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 1-də saat 10:00-dan işlər
yekunlaşanadək Sabunçu rayonunun Zabrat qəsəbəsində Yeni Sahə, M.İbrahimov, Turgenev, Ş.Əzizbəyov, Aydınlıq, X.Vəliyev, Vaqif, Nizami, Vidadi, N.Nərimanov, R.Axundov və Ə.Məmmədov küçələrinin, həmçinin Zərkənd və İstixana ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.