Bərdədə avtomobil piyadını vurdu
1 min read

Bərdədə avtomobil piyadını vurdu

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 9-da qeydə alınıb.

Belə ki, İlham Zeynalov idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan Sücayət Məmmədovanı ehtiyatsızlıqdan vurub.

Qəza nəticəsində xəsarət alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.