Bərdədə 26 yaşlı kişi qətlə yetirildi
1 min read

Bərdədə 26 yaşlı kişi qətlə yetirildi

Bərdə rayonunda qətl hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 30-da gecə saat 5 radələrində rayonun Molla Əhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 2000-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqla qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Cavid Hüseynov saxlanılıb.

faktla bağlı araşdırma aparılır.