Azərbaycanlı gənc Polşada vəfat etdi
1 min read

Azərbaycanlı gənc Polşada vəfat etdi

Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib.

Canlixeber.com xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib.

Məlumata əsasən, mərhum işləmək məqsədilə Polşaya gedibmiş.

Hazırda onun nəşinin doğma kəndinə gətirilməsi üçün zəruri sənədlərin hazırlanması istiqamətində işlər aparılır.