Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
1 min read

Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib

Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub.

Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bölgə sakinlərinin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb.

İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir.

Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.