Azərbaycanda 6 ayda 22 mindən çox şəxsə proaktiv pensiya təyin edilib
Bu ilin yanvar-iyun aylarında 22 690 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Məlumata görə, onların 54,53 %-ni kişilər, 45,47 %-ni isə qadınlar təşkil edib.
