Azərbaycan millisi U-15 çempionatında Cəbəllütariqlə qarşılaşacaq
1 min read

Azərbaycan millisi U-15 çempionatında Cəbəllütariqlə qarşılaşacaq

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında Azərbaycan millisi növbəti oyununu keçirib.

Canlixeber.com xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda C Divizionunda 65-96-cı yerlər uğrunda mübarizənin 1/16 final mərhələsində Çili yığması ilə qarşılaşıb.

Hövsan Yarış Kompleksində baş tutan görüşdə rəqib 3:1 hesabı ilə qələbə qazanıb.

Beləliklə, Azərbaycan millisi növbəti matçında Cəbəllütariqlə üz-üzə gələcək. Rəqib komanda 1/16 finalda Belarusa 0:6 hesabı ilə uduzub.

Azərbaycan – Cəbəllütariq qarşılaşması bu gün saat 18:15-də başlayacaq.