Azərbaycanda leysan yağır – FAKTİKİ HAVA
1 min read

Azərbaycanda leysan yağır – FAKTİKİ HAVA

Sentyabrın 29-u saat 13:00-a olan faktiki hava açıqlanıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Daşkəsən, Ordubad, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Şahdağ, İsmayıllı, Xınalıq, Qəbələ, Qax, Qrız, Qusar, Şabran, Xaçmaz, Quba, Xızı, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Ağcabədi, Salyan, İmişli, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.