Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Belarus yığmasını məğlub edib
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib.
Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb. Bildirilib ki, komanda Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə iki dəfə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan hər iki görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Avropa çempionatına hazırlıq çərçivəsində daha əvvəl Yunanıstan, Latviya və Belarus yığmalarının hər biri ilə iki yoxlama oyunu keçirib və bütün görüşlərdə qələbə qazanıb.
