Azərbaycanda hərbi qulluqçu vəfat etdi
1 min read

Azərbaycanda hərbi qulluqçu vəfat etdi

Yevlax rayonu, Qoyunbinəsi kənd sakini, 41 yaşlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXHQ) Rafiq Şöhrət oğlu Cəfərov vəfat edib.

Canlixeber.com xəbər verir ki, xəbər verir ki, hərbçi təlimdə olduğu vaxt qəfil ürəyi dayanıb.

Qeyd edək ki, Rafiq Cəfərov Vətən müharibəsində və antiterror əməliyyatlarında fəal iştirak edərək rəşadət göstərib. Ailəli olan hərbçinin iki övladı yadigar qalıb.