Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 5 nəfər yanaraq öldü
Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.
Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb. İlkin məlumata əsasən, hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.
Həlak olanlar minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.
