Avtoxuliqanlıq edən sürücü həbs olundu
Şirvan şəhərində avtoxuliqanlıq edən sürücü həbs olunub.
Canlixeber.com xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında VAZ markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan N.Məmmədov saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N.Məmmədov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.
