Audiovizual media subyektlərinin Media Reyestrinə daxil edilmələri üçün müddət müəyyənləşir
Audiovizual media subyektlərinin Media Reyestrinə daxil edilmələri üçün müddət müəyyənləşir.
Canlixeber.com xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Mövcud qanunvericiliyə görə, müvafiq tələblərə uyğun olaraq təqdim olunmuş məlumatlar əsasında audiovizual media subyektləri birbaşa Media Reyestrinə daxil edilirlər.
Layihədə isə təklif olunur ki, Şura lisenziyanın verildiyi tarixdən üç iş günü müddətində həmin audiovizual media subyektləri barədə məlumatları Reyestrə daxil edilsin.
Həmçinin Şura tərəfindən lisenziyanın ləğvi barədə qərar qəbul edildiyi gündən üç iş günü müddətində həmin qərar əsasında audiovizual media subyektinin Media Reyestrindən çıxarılması təklif olunur.
