Astarada 60 yaşlı kişi əncir dərərkən öldü
Astara rayonunda 60 yaşlı kişi ağacdan yıxılaraq ölüb.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun Siyəkü kəndində baş verib.
Məlumata görə, Bakışəhər sakini, 1966-cı il təvəllüdlü Fazil Fətəliyev əncir dərmək üçün ağaca çıxıb. Bu zaman ehtiyatsızlıq nəticəsində yerə yıxılıb və müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun xəstəxanaya çatdırılmasından əvvəl öldüyü məlum olub.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır
