Anar Seyidməmmədov ehtiyata buraxıldı
1 min read

Anar Seyidməmmədov ehtiyata buraxıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Nəsimi rayon nümayəndəliyində kadr dəyişikliyi olub.

Canlixeber.com xəbər verir ki, FHN-in Bakı Regional Mərkəzinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Anar Aynal oğlu Seyidməmmədov öz ərizəsinə əsasən ehtiyata buraxılıb.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bir neçə gün əvvəl bu barədə əmr imzalayıb.

Qeyd edək ki, Anar Seyidməmmədov uzun illərdir sözügedən şöbənin rəisi vəzifəsində çalışırdı.