Aidə Əliyevaya vəzifə verildi
1 min read

Aidə Əliyevaya vəzifə verildi

Jurnalist Aidə Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunub.

Canlixeber.com xəbər verir ki, bu barədə özü sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Aidə Əliyeva Azərbaycan teleməkanında ilk dəfə olaraq dünya çempionatı oyunları şərh edən iki qadın jurnalistimizdən biridir.