Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər
1 min read

Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər

Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.

Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri – N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.

Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.