AFFA Hakimlər Komitəsinin iclasında 2026/2027 mövsümü üçün hakim siyahıları təsdiqlənib
AFFA Hakimlər Komitəsinin iclası keçirilib.
Canlixeber.com xəbər verir ki, İclasda 2026/2027-ci illər mövsümünə hazırlıq çərçivəsində bir sıra mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
Tədbirin gündəliyinə aşağıdakı əsas məsələlər daxil edilib:
– Hakimlərin kateqoriyalar üzrə yekun siyahısının təqdimatı və təsdiqi;
– AFFA, UEFA və IFAB-ın yeni təlimat, qayda dəyişiklikləri və tövsiyələrinin diqqətə çatdırılması;
– Yeni mövsüm üzrə əsas hədəflərin, gözləntilərin və idarəçilikdə keyfiyyət standartlarının müəyyənləşdirilməsi.
Müzakirələrin yekununda 2026/2027-ci illər mövsümü üçün hakim və hakim-inspektor siyahıları rəsmi olaraq təsdiqlənib.
Elit kateqoriyalı hakimlər:
| 1 | Əliyar Ağayev (FIFA) |
| 2 | Elçin Məsiyev (FIFA) |
| 3 | Kamal Umudlu (FIFA) |
| 4 | İnqilab Məmmədov |
| 5 | Rəvan Həmzəzadə |
| 6 | Fərid Hacıyev |
| 7 | Tural Qurbanov (FIFA) |
| 8 | Rəşad Əhmədov |
| 9 | Cavid Cəlilov |
| 10 | Nicat İsmayıllı |
| 11 | Rauf Cabarov |
| 12 | Əli Əliyev |
| 13 | Elvin Bayramov |
| 14 | Kamranbəy Rəhimov |
| 15 | Vüqar Həsənli (yeni) |
Elit kateqoriyalı köməkçi hakimlər:
| 1 | Zeynal Zeynalov (FIFA) |
| 2 | Akif Əmirəli (FIFA) |
| 3 | Elşad Abdullayev (FIFA) |
| 4 | Pərvin Talıbov (FIFA) |
| 5 | Namik Hüseynov (FIFA) |
| 6 | Vüsal Məmmədov (FIFA) |
| 7 | Kamran Bayramov |
| 8 | Müslüm Əliyev |
| 9 | Rahil Ramazanov |
| 10 | Rəhman İmami |
| 11 | Cəmil Quliyev (FIFA) |
| 12 | Eyyub İbrahimov |
| 13 | Şirmamed Mamedov |
| 14 | Zöhrab Abbasov |
| 15 | Teymur Teymurov |
| 16 | Asiman Əzizli (FIFA) |
| 17 | Kərim Zeynalov |
| 18 | Tərlan Talıbzadə |
| 19 | Gülnurə Əkbərzadə (FIFA) |
