ADY: Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
1 min read

ADY: Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC Bakı–Ağstafa–Bakı marşrutuna yüksək sərnişin tələbatının qarşılanması üçün noyabrın 14-dən 30-dək həftəsonlarında əlavə qatar reysləri həyata keçirəcək.

Canlixeber.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb. qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək.

Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə etmək mümkündür.