Abşeronda oğurluq edən iki qadın saxlanıldı
Abşeron rayonu ərazisində sakinlərdən birinin evindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı F.Qasımova və 24 yaşlı S.Vəliyeva müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar zamanı onların müvəqqəti qaldıqları evdən qızıl-zinət əşyalarını oğurladıqları müəyyən olunub.
Rayon ərazisində məişət əşyaları, eləcə də avtomobildən içərisində bank kartları olan pul qabı oğurlayan F.Adıgözəlov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
