Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı
Qəbələ rayonunda 29 yaşlı qadın hovuzda boğularaq ölüb.
Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.
İmişli rayon sakini – 1997-ci il təvəllüdlü Lamiyə Əhmədli istirahət üçün kirayələdiyi evin həyətindəki hovuzda çimərkən boğulub.
Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma başlanılıb.
