Bərdədə “Chevrolet” beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı
1 min read

Bərdədə “Chevrolet” beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, qəza ötən gecə Hindarx-Borsunlu yolunun rayonun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağcabədi rayon sakini Samir Hüseynov “Chevrolet” markalı, 10-YB-774 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü Ağcabədi rayon sakini Hüseyn Əhmədov xəsarət alıb.

Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.