DİN və DSX sərhəddə əməliyyat keçirib, 38 kq narkotik dövriyyədən çıxarılıb
Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən birgə narkotik əməliyyatı keçirilib.
Canlixeber.com xəbər verir ki, mayın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri keçirilib.
Əməliyyat nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
