Gürcüstandan azərbaycanlılar da daxil 85 əcnəbi deportasiya edilib
1 min read

Gürcüstandan azərbaycanlılar da daxil 85 əcnəbi deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları son günlər ərzində 85 xarici vətəndaşı ölkədən çıxarıblar.

Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, Miqrasiya İdarəsinin nazirliyin müvafiq bölmələri ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində Türkiyə, Hindistan, Türkmənistan, Azərbaycan, Rusiya, Misir, Belarus, Özbəkistan, Efiopiya, İordaniya, Kuba, Vyetnam, Banqladeş, Nigeriya, Pakistan, Tayland, Filippin və digər ölkələrin vətəndaşları Gürcüstandan deportasiya ediliblər.

Qanunvericiliyə uyğun olaraq, deportasiya olunan şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

DİN-in məlumatına görə, cari il ərzində Gürcüstandan ümumilikdə 2 726 qanunsuz əcnəbi çıxarılıb. Bu göstərici ötən ilin bütün dövründə ölkədən çıxarılan qanunsuz əcnəbilərin sayından iki dəfə çoxdur.