Bakıda AĞIR QƏZA: Piyada öldü
1 min read

Bakıda AĞIR QƏZA: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Elvin Tofiq oğlu Cəlilov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yanacaqdoldurma məntəqəsinin yanında üzü şəhər istiqamətində hərəkətdə olan zaman yolu sağdan sola keçmək istəyən piyada, 1966-cı il təvəllüdlü Mehriban Bəşir qızı Nağıyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.