İsmayıllıda bacı-qardaş boğularaq ölüb
1 min read

İsmayıllıda bacı-qardaş boğularaq ölüb

İsmayıllının Minkə kəndində təsərrüfat məqsədilə istifadə olunan tullantı quyusunda bacı-qardaş boğularaq ölüb.

Canlixeber.com xəbər verir ki, hadisə zamanı 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı, 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlu ölüb.

Kənd sakinlərinin sözlərinə görə, tullantılar üçün qazılan quyular yaxınlıqda yerləşən heyvandarlıq təsərrüfatına aid olub.

Hadisədən sonra uşaqların meyitləri quyudan çıxarılaraq İsmayıllı morquna təhvil verilib. Meyitlərə müvafiq baxış keçirildikdən sonra ailələrinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.