Ağstafada “TikTok” üçün video çəkən azyaşlını CƏRƏYAN VURDU
1 min read

Ağstafada “TikTok” üçün video çəkən azyaşlını CƏRƏYAN VURDU

Ağstafada azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Canlixeber.com xəbər verir ki, “TikTok” sosial şəbəkə platforması üçün video çəkmək istəyən azyaşlını elektrik cərəyanı vurub.

O, yanıq xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib. Azyaşlının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.