Zaqatalada iki avtomobil toqquşub: Xəsarət alanlar var
1 min read

Zaqatalada iki avtomobil toqquşub: Xəsarət alanlar var

Zaqatalanın Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, qəza zamanı “Ford” və VAZ-2106 markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər 29 yaşlı Aytac Səfərova və 39 yaşlı Abdulla Yusubovdur.

Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalar aparılır.