Bakı-İsmayıllı yolunda 2 maşın toqquşdu
1 min read

Bakı-İsmayıllı yolunda 2 maşın toqquşdu

Bakı-İsmayıllı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com verir ki, hadisə zamanı iki minik avtomobili toqquşub.

Qəza nəticəsində avtomobillərdən birinin ön hissəsinə ciddi ziyan dəyib.

Hadisə yerinə evakuator cəlb olunub.Qəzanın hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.