“Şamaxı” Ayxan Abbasovla yollarını ayırdı
1 min read

“Şamaxı” Ayxan Abbasovla yollarını ayırdı

“Şamaxı”da baş məşqçi ayrılığı rəsmiləşib.

Canlixeber.com xəbər verir ki, bölgə təmsilçisi Ayxan Abbasovla əməkdaşlığı davam etdirməyib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb. Bununla da Abbasov “Şamaxı”dakı fəaliyyətini başa vurub.

Qeyd edək ki, Ayxan Abbasov 2024-cü ilin yayından “Şamaxı”nın baş məşqçisi postunda çalışırdı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *