“Neftçi” klubu Ramazan Qarayevi transfer edib
1 min read

“Neftçi” klubu Ramazan Qarayevi transfer edib

“Neftçi” basketbol klubu Ramazan Qarayevi heyətinə qatıb.

Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

19 yaşlı basketbolçu ilə müqavilənin müddəti 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, 202 sm boya malik mərkəz oyunçusunun son klubu NTD olub.