Bərdənin üç kəndində qaz olmayacaq
1 min read

Bərdənin üç kəndində qaz olmayacaq

Avqustun 18-də Bərdə rayonunun 3 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 18.08.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Bərdə rayonunun Zümürxan, İmamqulubəyli və Çəmənli kəndlərinin qaz təchizatı dayandırılacaq.