Sabah Astarada qaz olmayacaq
1 min read

Sabah Astarada qaz olmayacaq

Sabah Astara şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Canlixeber.com xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 11-də saat 10:00-dan işlər yekunlaşanadək Astara şəhərinin qaz təchizatı dayandırılacaq.