Şəmkirdə qaynaqçını cərəyan vurub öldürdü
Şəmkir rayonunda qaynaqçı ehtiyatsızlıqdan ölüb.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun Seyfəli kəndinin ərazisində baş verib.
Kənd sakini 1964-cü il təvəllüdlü Əli Hümbət oğlu Abdıyev qaynaq işi görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
