İmişlidə balıqçı Araz çayında boğuldu
İmişli rayonunda 29 yaşlı kişi balıq tutarkən boğulub.
Canlixeber.com xəbər verir ki, hadisə Araz çayının rayonun Göbəktala kəndinin ərazisindən keçən hissəsində baş verib.
Şəhər sakini 1997-ci il təvəllüdlü Elgün Vahid oğlu Həsənov çayda balıq tutarkən ehtiyatsızlıqdan çaya yıxılıb. O, çayda boğulub ölüb.
E.Həsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
