Ucarda avtomobilin vurduğu velosipedçi ölüb
1 min read

Ucarda avtomobilin vurduğu velosipedçi ölüb

Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən var.

Canlixeber.com xəbər verir ki, hadisə gecə saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Rusif İsmayıl oğlu Mehralıyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə velosipedçini vurub.

Aldığı ağır xəsarətlərdən velosipedçi hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.