Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
1 min read

Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb

Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iki gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.