Həbsdə olan məhkumun basdırdığı avtomat aşkarlandı
1 min read

Həbsdə olan məhkumun basdırdığı avtomat aşkarlandı

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.


Canlixeber.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırma aparılır.