Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirə qatılacaqlar
Azərbaycan boksçuları Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəblilər (U-15) arasında keçiriləcək beynəlxalq turnirə qatılacaqlar.
Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) rinqə çıxacaqlar.
Sabah başlayacaq yarış 4 gün davam edəcək.
