UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında bu gün pley-off mərhələsinin püşkü atılacaq
1 min read

UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında bu gün pley-off mərhələsinin püşkü atılacaq

UEFA Avropa Liqasında və UEFA Konfrans Liqasında bu gün pley-off mərhələsinin püşkü atılacaq.

Canlixeber.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində “Qarabağ” klubunun da potensial rəqibi müəyyənləşəcək.

Avrokuboklarda mübarizəyə UEFA Avropa Liqasında start verən Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv I təsnifat mərhələsində “Vestri” (İslandiya) komandasını iki oyunun nəticəsinə (3:0, 3:0) əsasən məğlub edib. II təsnifat mərhələsində Bolqarıstan ÇSKA-sına iki oyunun (0:0, 0:0, p. – 4:5)) nəticəsinə əsasən uduzan komanda yoluna UEFA Konfrans Liqasında davam edir.

Ağdam təmsilçisi bu turnirin III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki turnirdə ilk oyunlar avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq.