Sabiq nazirin Ramiz Mehdiyevə bağışladığı milyonluq villa satışa çıxarılıb
1 min read

Sabiq nazirin Ramiz Mehdiyevə bağışladığı milyonluq villa satışa çıxarılıb

Sabiq nazirin Ramiz Mehdiyevə bağışladığı milyonluq villa və 22 hektar ərazi satışa çıxarılıb.

Azərbaycan Respublikasının sabiq nəqliyyat Naziri Ziya Məmmədovun Ramiz Mehdiyevə bağışladığı milyonluq villa satışa çıxarılıb.

Canlixeber.com xəbər verir ki, villa artıq müxtəlif əmlak səhifələrində satış üçün yerləşdirilib.


Belə ki, hazırda Ucarın icra başçısı olan Ziya Məmmədovun xalası oğlu Mansur Məmmədov tərəfindən tikintisi həyata keçirilən, Ramiz Mehdiyevə Məxsus yay evi satışa çıxarılıb.

Vaxtilə Ramiz Mehdiyevin helikopter ilə gəldiyi bağ evi hazırda baxımsız vəziyyətdə qalıb. Buna baxmayaraq 22 hektarlıq ərazidəki bu möhtəşəm bağ evi Tiktok sosial şəbəkəsində olan əmlak səhifələrinin birində satışa çıxarılıb.